...

ABŞ 11 müəssisəyə qarşı ixrac məhdudiyyətləri tətbiq edib

Dünya xəbərləri Materials 29 Mart 2023 06:53 (UTC +04:00)
ABŞ 11 müəssisəyə qarşı ixrac məhdudiyyətləri tətbiq edib

Bakı. Trend:

ABŞ Ticarət Nazirliyi 11 müəssisəyə ixrac məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Amerika hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə qeyd olunub.

Məlumata görə, ABŞ Ticarət Nazirliyinin tərkibində olan Sənaye və Təhlükəsizlik Bürosu qara siyahıya “Myanma, Çin, Nikaraqua və Rusiyadan olan 11 qurumu daxil edib”. Onların arasında Rusiyanın “Aviatex” və “Aviazapçast” firmaları da var. Bildirilib ki, bu qurumların hamısı “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına zidd olan hərəkətlərdə” iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti