...

Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasını müzakirə edəcək

Dünya xəbərləri Materials 29 Mart 2023 21:28 (UTC +04:00)
Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasını müzakirə edəcək

Bakı. Trend:

Martın 30-da Türkiyə parlamenti Finlandiyanın Şimali Atlantika Müqaviləsinə (NATO) üzvlüyü ilə bağlı Protokolun təsdiqi üzrə qanun layihəsini müzakirə edəcək.

Trend xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə Ədalət və İnkişaf Partiyasının (AKP) fraksiyasının sədrinin müavini Yılmaz Tunç deyib.

Qeyd edək ki, müvafiq qanun layihəsi martın 23-də Türkiyə parlamentinin xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti