...

Avropa Komissiyasının rəhbəri NATO-nun yeni baş katibi ola bilər

Dünya xəbərləri Materials 1 Aprel 2023 04:53 (UTC +04:00)
Avropa Komissiyasının rəhbəri NATO-nun yeni baş katibi ola bilər

Bakı. Trend:

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen sentyabrda Yens Stoltenberqin səlahiyyətlərinin başa çatması ilə əlaqədar NATO-nun yeni baş katibi postu uğrunda mübarizədə iştirak edir.

Trend-in məlumatına görə, bu barədə "The Sun" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, bəzi NATO-ya üzv dövlətlər Ursula fon der Leyeni oktyabrda alyansa rəhbərlik etməsinin tərəfdarıdır. Eyni zamanda, onun Avropa Komissiyasının sədri kimi səlahiyyətləri yalnız gələn il başa çatacaq.

Qeyd olunub ki, Ursula von der Leyenin təyinatının avroskeptiklərin, ilk növbədə Böyük Britaniyanın müqaviməti ilə üzləşməsi ehtimalı yüksəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti