...

İsraildə yenidən kütləvi etiraz aksiyaları keçirilib (VİDEO)

Dünya xəbərləri Materials 2 Aprel 2023 00:38 (UTC +04:00)
İsraildə yenidən kütləvi etiraz aksiyaları keçirilib (VİDEO)

Bakı. Trend:

İsrailin baş naziri Binyamin Netanyahunun məhkəmə islahatları layihəsinin təsdiqini ən azı yaya qədər dayandırmaq qərarına baxmayaraq, müxalifət şənbə günü növbəti dəfə məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyaları keçirib.

Trend xəbər verir ki, etiraz aksiyası ötən həftələrdə oluğu kimi, yenidənTel-Əvivdə keçirilib.

Nümayişçilər əvvəlcə şəhərin mərkəzi bulvarları boyu məşəl və pirotexniki vasitələrlə böyük yürüş keçirib, burada hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər.

Qeyd edək ki, İsraildə artıq 13-cü həftədir ki, müxalifətin kütləvi etirazları keçirilir. Təl-Əvivdəki ən böyük mitinqlə yanaşı, bir çox başqa şəhərlərdə də nümayişlər keçirilib. O cümlədən Hayfada böyük mitinq keçirilib. Ümumilikdə, təşkilatçıların dediyinə görə, bu axşam mitinqlər ölkənin 150 müxtəlif yerində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti