Bakı. Trend:
Parisdə pensiya islahatına etiraz edən nümayişçilərlə toqquşmada ən azı 10 polis əməkdaşı yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "СNews" televiziya kanalı polis prefekturasına istinadən bildirib.
Məlumata əsasən, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Saat 18:00-a olan məlumata görə, nümayişlər zamanı 36 nəfər saxlanılıb, onlardan bəziləri yürüşə potensial təhlükəli əşyalar gətirməyə cəhd etdiklərinə görə, digərləri isə iğtişaşlarda iştirak etdiklərinə görə saxlanılıblar.