...

Aprelin sonuna qədər Türkiyə dağlarında terrorçu qalmayacaq - Süleyman Soylu

Dünya xəbərləri Materials 17 Aprel 2023 13:52 (UTC +04:00)
Aprelin sonuna qədər Türkiyə dağlarında terrorçu qalmayacaq - Süleyman Soylu

Bakı. Trend:

29 aprel 2023-cü il tarixinə qədər Türkiyə dağlarında terrorçu qalmayacaq.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

“Türkiyənin Kato dağının bir çox yerində baza əraziləri qurulub. İndi Kato və Cudi dağında bir nəfər də olsun terrorçu qalmayıb. Terrorçulardan təmizlənən Qabar dağında artıq neft hasil edilir. Terrorçuların zərərsizləşdirilməsində Pilotsuz Uçuş Aparatlarının böyük rolu var”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, nazir bundan əvvəl PKK terror təşkilatını ölkədən tamamilə təmizlədiklərini bildirmişdi.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa İttifaqı 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti