...

Sudanda döyüşlər nəticəsində ölənlərin sayı 270-ə çatıb

Dünya xəbərləri Materials 19 Aprel 2023 04:52 (UTC +04:00)

Bakı. Trend:

Sudanda silahlı qüvvələr ilə Çevik Reaksiya Qüvvələrinin hərbiləşdirilmiş qrupu arasında baş verən döyüşlər nəticəsində 270 nəfər həlak olub, 2,6 mindən çox insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qereyesus deyib.

"Sudandakı vəziyyət dərin narahatlıq doğurur. Sudan Səhiyyə Nazirliyinin Təcili Əməliyyatlar Mərkəzi 270 nəfərin öldüyünü, 2600-dən çox insanın yaralandığını bildirib", - deyə o bildirib.

Təşkilatın baş direktoru əlavə edib ki, Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti