...

ABŞ prezidenti G7 sammitində iştirak edəcək

Dünya xəbərləri Materials 26 Aprel 2023 08:07 (UTC +04:00)
ABŞ prezidenti G7 sammitində iştirak edəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden mayın 19-21-də Yaponiyada keçiriləcək G7 sammitində və mayın 24-də Sidneydə keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu (Avstraliya, Hindistan, ABŞ, Yaponiya) liderlərinin görüşündə iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

Yaponiyanın Xirosima şəhərində G7 ölkələri başçılarının görüşü zamanı Bayden “Yeddilik qrupunun Ukraynaya sarsılmaz dəstəyini” və ərzaq və iqlim böhranları müzakirə etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti