...

Türkiyənin əsas prioritetlərindən biri Suriyanın ərazi bütövlüyünün qorunmasıdır - Səfir

Dünya xəbərləri Materials 28 Aprel 2023 14:38 (UTC +04:00)
Türkiyənin əsas prioritetlərindən biri Suriyanın ərazi bütövlüyünün qorunmasıdır - Səfir

Bakı. Trend:

Türkiyənin əsas prioritetlərindən biri Suriyanın ərazi bütövlüyünün qorunmasıdır.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Birləşmiş Millətlər Təşkilatı (BMT) nümayəndəsi Sedat Önal, Təhlükəsizlik Şurasının Suriya sessiyasındakı çıxışı zamanı deyib.

"Fevralın 6-da Türkiyədə baş verən və Suriyanı da əhatə edən zəlzələlər Suriyada humanitar vəziyyəti daha da pisləşdirib. Bu fəlakət Suriya böhranının bütün ölçüləri ilə həllinin vacibliyini bir daha təsdiqlədi. Türkiyənin Suriya ilə bağlı prioritetləri siyasi prosesin önündəki maneələri aradan qaldırmaq; terrora qarşı mübarizə aparmaq və Suriyanın ərazi bütövlüyünü və siyasi birliyini qorumaq, humanitar yardımların çatdırılmasının asanlaşdırılması və qaçqınların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə geri qayıtmaları üçün əlverişli şərait yaradılmasıdır", - deyə səfir qeyd edib.

BMT-nin sərhədlərarası yardım mexanizminin milyonlarla suriyalı üçün böyük əhəmiyyət daşıdığını ifadə edən səfir, sərhəd keçidinin aktivləşdirilməsinin faydalı olacağını deyib və beynəlxalq ictimaiyyəti bu transsərhəd keçidlərdən daha yaxşı istifadə etməyə və humanitar yardımları artırmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti