...

Sudandan türk vətəndaşlarını təxliyyə edən təyyarəyə ciddi ziyan dəyməyib - Türkiyənin müdafiə naziri

Dünya xəbərləri Materials 28 Aprel 2023 19:17 (UTC +04:00)

Bakı. Trend:

Sudandan türk vətəndaşlarını təxliyyə edən təyyarəyə ciddi ziyan dəyməyib, Türkiyədən göndərəcəyimiz komandalar tərəfindən təyyarənin orda təmir oluna biləcəyini hesab edirik.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

"Komandamız təyyarəyə dəyən ziyanı araşdırır. Araşdırma başa çatdıqdan sonra komandaların hesabatına uyğun olaraq əlavə maddi-texniki dəstək göndəriləcək", - deyə nazir əlavə edib.

Qeyd edək ki, aprelin 28-də türk vətəndaşlarını Sudandan təxliyyə edən Türkiyənin Milli Müdafiə Nazirliyinə məxsus C-130 evakuasiya təyyarəsi atəşə tutulub. Təyyarə təhlükəsiz eniş edib, yaralanan olmayıb.

Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Son məlumata görə, döyüşlər nəticəsində 500-ə yaxın dinc sakin həyatını itirib, 4 min insan yaralanıb, yüz minlərlə insan müxtəlif məntəqələrə köçmək məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti