Bakı. Trend:
Braziliya məhkəməsi "Telegram" messencerinin bloklanmasını ləğv edib.
Trend-in məlumatına görə, bu barədə "G1" portalı xəbər verib.
Məlumata əsasən, hakim Flaviy Lukas messencerin bloklanması ilə bağlı əvvəlki qərarı əsassız hesab etdi, çünki bu, "araşdırılan faktlarla əlaqəli olmayan geniş insanların ünsiyyət azadlığını pozur".
Eyni zamanda, o, istintaq orqanlarının tələb etdiyi məlumatların təqdim edilməməsinə görə gündəlik 1 milyon real (təxminən 200 min dollar) məbləğində cəriməni qüvvədə saxlayıb.