...

"Real" Mbappeni almaq üçün "PSJ"dəki vəziyyətdən istifadə etmək niyyətindədir

Dünya xəbərləri Materials 11 May 2023 03:28 (UTC +04:00)
"Real" Mbappeni almaq üçün "PSJ"dəki vəziyyətdən istifadə etmək niyyətindədir

Bakı. Trend:

İspaniyanın "Real" (Madrid) klubu bu yay Fransanın "PSJ" klubunun hücumçusu Kilian Mbappeni transfer etməyə çalışmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "The Telegraph" qqəzeti məlumat yayıb.

Madrid klubu yayda Kilian Mbappe və Dortmund "Borussiya"sından Cud Bellinqem ilə heyətini gücləndirmək niyyətindədir. Hər iki oyunçu da klub gəlsə, yay transfer pəncərəsi "Real" üçün rekord pul xərcləyəcəyi mövsümü ola bilər.

Bildirilir ki, Madrid klubu "PSJ"də Lionel Messi və Neymarın mümkün gedişi ilə bağlı yaranmış qeyri-müəyyən vəziyyətdən yararlanmağa çalışacaq. Həmçinin, klub Mbappenin “PSJ” rəhbərliyi ilə son vaxtlar yaranmış münaqişəsindən azarkeşlər üçün çəkilən videoya görə yararlanmaq niyyətindədir. İspanlar fransızı əsas oyunçuya çevirmək və onun ətrafında komanda qurmaq niyyətindədirlər.

Ötən ilin mayında Mbappenin "PSJ" ilə 2025-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzaladığı məlum olub. Eyni zamanda, daha əvvəl futbolçunun artıq "Real"la müqavilə imzaladığı bildirilirdi. Ancaq keçid baş tutmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti