...

Seçkilərdən sonra yeni bir Türkiyə inşa edəcəyik - Ərdoğan

Dünya xəbərləri Materials 12 May 2023 11:51 (UTC +04:00)

Bakı. Trend:

14 may seçkilərindən sonra yeni bir Türkiyə inşa edəcəyik.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Sevgimiz də, mübarizəmiz də millətimiz üçündür. Biz ancaq yeni layihələr inşa etdiririk, əsərlər yaradırıq. Bütün çətinliklərə rəğmən vətənimizə xidmətdən əl çəkməyəcəyik. Millətimizin iradəsinə, demokratiyamıza kölgə salmayacağıq", - deyə R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti