...

Kahramanmaraşda səsvermə zamanı zəlzələ baş verib

Dünya xəbərləri Materials 14 May 2023 16:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Kahramanmaraş şəhərində vətəndaşların səsverməsi zamanı zəlzələ baş verib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, baş verən zəlzələ 4.2 bal gücündə olub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Qeyd edək ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti