Bakı. Trend:
Mayın 8-dən Serbiya vətəndaşları polisə 26 min qanunsuz silah, o cümlədən partlayıcı qurğular təhvil verib.
Trend-in məlumatına görə, bu barədə Serbiyanın baş naziri Ana Brnabiç bildirib.
"Mayın 8-dən mayın 17-dək Serbiyanın tərksilah kampaniyası çərçivəsində vətəndaşlar partlayıcı qurğular da daxil olmaqla 26 339 silah təhvil veriblər", - deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, Serbiya hökuməti həmçinin silah gəzdirmək icazələrini ləğv etmək və "silahların 90%-ni əhalidən götürmək" üçün çalışır ki, bu da ölkəni daha təhlükəsiz edəcək.