...

Sakit Okeanda 7,4 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 20 May 2023 07:05 (UTC +04:00)
Sakit Okeanda 7,4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Sakit Okeanda Yeni Kaledoniya sahillərində (Fransa ərazisi) 7,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Noumea şəhərindən 416 kilometr cənub-şərqdə, ocağı isə 45 kilometr dərinlikdə yeləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti