...

İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya xəbərləri Materials 21 May 2023 21:44 (UTC +04:00)
İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Bakı. Trend:

İsveçrənin Tehrandakı səfiri Nadine Lozano diplomatik missiyanın "Twitter" səhifəsində son yazıları ilə əlaqədar bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, bu barədə "Tasnim" agentliyi xəbər verib.

Məlumata əsasən, buna səbəb “İsveçrənin İranın daxili işlərinə qarışması, həmçinin bu ölkənin səfirliyi tərəfindən sosial şəbəkələrdəki səhifəsindən qeyri-peşəkar şəkildə istifadə edərək İran bayrağının təhrif olunmuş təsviri olan fotoları dərc etməsi” olub.

Səfirə bu yaxınlarda diplomatik missiyanın "Twitter"də dərc olunması ilə bağlı İran rəhbərliyinin narazılığı və etirazları barədə məlumat verilib. Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, səfirliyin bu cür hərəkətləri iki dövləti birləşdirən dostluq münasibətlərinə uyğun gəlmir.

Öz növbəsində, səfir bu barədə İsveçrə Xarici İşlər Nazirliyinə məlumat verəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti