...

Nyu York sakinlərinə meşə yanğınları səbəbindən küçələrə çıxmamaq çağırışı edilib

Dünya xəbərləri Materials 8 İyun 2023 05:30 (UTC +04:00)
Nyu York sakinlərinə meşə yanğınları səbəbindən küçələrə çıxmamaq çağırışı edilib

Bakı. Trend:

Kanadada tüğyan edən meşə yanğınlarına görə ABŞ-ın Nyu York şəhərində 1960-cı illərdən bəri ən aşağı hava keyfiyyəti müşahidə olunub.

Trend-in məlumatına görə, bu barədə "Fox News" xəbər verib.

Nyu-York meri Erik Adams, eləcə də səhiyyə və fövqəladə hallar idarəsi nümayəndəli ilə birlikdə sakinlərə mümkün qədər evdə qalmaq və küçələrdə qoruyucu maskalar taxmaq barədə xəbərdarlıq edib.

Şəhərin səhiyyə departamentinin nümayəndəsi doktor Eşvin Vasan qeyd edib ki, havanın keyfiyyətinin kəskin şəkildə pisləşməsi vətəndaşların, xüsusən də yaşlı və azyaşlı uşaqların sağlamlığı üçün real təhlükə yaradır.

Xəbər lenti

Xəbər lenti