...

Ərdoğan İstanbulda BƏƏ prezidenti ilə görüşüb

Dünya xəbərləri Materials 10 İyun 2023 22:57 (UTC +04:00)
Ərdoğan İstanbulda BƏƏ prezidenti ilə görüşüb

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Trend-in məlumatına görə, görüş İstanbulun Atatürk hava limanında baş tutub.

Qarşılama mərasimində Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

Ərdoğan və Məhəmməd bin Zayed Əl Nəhyan Türkiyənin ilk yerli milli avtomobili Togg-a da baxış keçiriblər.

Daha sonra prezident Ərdoğan və Məhəmməd bin Zayed Əl Nəhyan Atatürk Hava Limanının qonaq evində təkbətək görüş keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti