...

ABŞ peykinə kütləvi haker hücumu olacaq

Dünya xəbərləri Materials 12 İyun 2023 10:13 (UTC +04:00)
ABŞ peykinə kütləvi haker hücumu olacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“SpaceX” və “NASA”nın birlikdə kosmosa göndərdiyi “Moonlighter” peyki “DEF CON”da hakerlərin hücumuna məruz qalacaq. Bu, kosmosda kibertəhlükəsizliyin sınaqdan keçirilməsi üçün ilkdir.

Trend-in məlumatına görə, kosmosda kibertəhlükəsizlik getdikcə daha çox əhəmiyyət kəsb edir. Kommersiya məhsullarının potensial zəiflikləri kosmik sistemləri təhdid edir. Buna görə kibertəhlükəsizlik tədqiqatçıları kosmosda sistemləri necə qorumağı öyrənmək üçün yeni yollar axtarırlar.

Bu üsullardan biri kosmosda sındırıla bilən peykdən istifadə etməkdir. “Moonlighter” adlı kub peyki 5 iyun 2023-cü ildə “SpaceX” raketinə qoşularaq orbitə göndərilib. Bu peyk avqustda Las-Veqasda keçiriləcək “DEF CON” haker konfransında müsabiqənin bir hissəsi olacaq. Yarışda beş komanda peykin proqram təminatını əldə etməyə çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti