...

Türkiyənin valyuta ehtiyatları bir həftə ərzində rekord dərəcədə artıb

Dünya xəbərləri Materials 27 İyun 2023 22:54 (UTC +04:00)
Türkiyənin valyuta ehtiyatları bir həftə ərzində rekord dərəcədə artıb

Bakı. Trend:

Son bir həftədə Türkiyənin beynəlxalq valyuta ehtiyatları 8,5 milyard dollar artaraq ölkə tarixində ən yüksək səviyyəsinə çatıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində maliyyə naziri Mehmed Şimşək yazıb.

Nazir bildirib ki, hökumət valyuta ehtiyatlarının artırılması istiqamətində səyləri sürətləndirəcək. O qeyd edib ki, Türkiyə Mərkəzi Bankının analitik məlumatları xalis valyuta ehtiyatlarının 8,5 milyard dollar artdığını təsdiqləyir ki, bu da ölkə tarixində ən böyük həftəlik artımdır.

Nazir onu da bildirib ki, ölkə tədricən rasional iqtisadi siyasətə qayıdacaq və ehtiyatların gücləndirilməsi üçün əlavə xarici mənbələrin təmin edilməsi istiqamətində fəal iş aparacaq. Bundan əlavə, türk lirəsinə əsaslanan investisiyaların cəlb edilməsi üçün tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti