...

Yanvar-may aylarında Almaniyadan Türkiyəyə səyahət edənlərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 28 İyun 2023 12:45 (UTC +04:00)
Yanvar-may aylarında Almaniyadan Türkiyəyə səyahət edənlərin sayı açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Almaniyadan Türkiyəyə səyahət edən turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,75 artaraq 1 milyon 583 min 953 nəfər olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-ə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

2023-cü ilin may ayında Almaniyadan Türkiyəyə səyahət edənlərin sayı 617 min 617 nəfər olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,72 faiz çoxdur.

2023-cü ilin yanvar-may aylarında Türkiyəyə 14 milyon 35 min 175 turist səyahət edib, bu da ötən ilin qeyd edilən dövrü ilə müqayisədə 23,65 faiz çoxdur.

2023-cü ilin may ayında Türkiyəyə səyahət edən turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,19 faiz artaraq 4 milyon 500 min 242 nəfərə çatıb.

Bundan əlavə, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin ən çox turist qəbul etdiyi ölkələr arasında 1 milyon 794 min 185 turistlə Rusiya birinci yerdədir. Rusiyanı Almaniya (1 milyon 583 min 953), Bolqarıstan (1 milyon 56 min 524), İngiltərə (987 min 267), İran (794 min 177) izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti