...

İspaniya və Fransada erməni cinayətkar şəbəkənin üzvləri həbs edilib

Dünya xəbərləri Materials 29 İyun 2023 02:26 (UTC +04:00)

Bakı. Trend:

İspaniya və Fransada erməni cinayətkar şəbəkənin üzvləri həbs edilib.

Trend xəbər verir ki, bu barədə “Europol” (Avropa İttifaqının polis xidməti) məlumat yayıb.

"Europol" ilə Fransa Milli Polisi və İspaniya Milli Polisinin birgə əməliyyatları nəticəsində reketlik və çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar şəbəkənin ifşa olunması üçün əməliyyat tədbirləri həyata keçirilib. Ermənistan və Gürcüstan vətəndaşlarından ibarət olan cinayətkar şəbəkənin 28 üzvü həbs edilib.

Araşdırma zamanı məlum olub ki, cinayətkar şəbəkə oğurlanmış malların satışı və tütün qaçaqmalçılığı ilə də məşğul olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti