Bakı. Trend:
Türkiyə uzun mənzilli dünyanın ilk "ağıllı" sualtı minasını (UCA) yaradıb.
Trend-in məlumatına görə, həmin mina yeni F-16 qırıcıları və "Akıncı" və "Aksungur" PUA-lar tərəfindən yüksək hündürlükdən atıla bilir ki, bu da onu qısa və orta mənzilli hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz edir.
Onun təqdimatı İstanbulda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində baş tutacaq.
“Ağıllı” sualtı mina Türkiyənin Maşınqayırma və Kimya Sənayesi Şirkəti, "KOC Defense" şirkəti və Türkiyə Müdafiə Sənayesi Araşdırma İnstitutunun tərkibində olan Texnologiya Araşdırmalar Şurasının daxil olduğu konsorsium tərəfindən yaradılıb.