Bakı. Trend:
Türkiyənin Sualtı Müdafiə (SAS) tapşırıq qrupu Rumıniyanın ev sahibliyi ilə keçirilən POSEIDON-2023 təlimində iştirak edib.
Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz rəsmi twitter hesabında paylaşım edib.
POSEİDON – 2023 çərçivəsində SAS qrupu mina əməliyyatları üzrə təlimlərdə uğur əldə ediblər.
Məlumat üçün qeyd edək ki, təlim 14-21 iyul 2023-cü il tarixləri arasında Rumınyada keçirilib.