...

Lui Bono sülh prosesinə dəstəyini ifadə etmək üçün Cənubi Qafqaza səfər edəcək - ABŞ Səfirliyi

Dünya xəbərləri Materials 1 Avqust 2023 13:56 (UTC +04:00)
Lui Bono sülh prosesinə dəstəyini ifadə etmək üçün Cənubi Qafqaza səfər edəcək - ABŞ Səfirliyi

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Cənubi Qafqaz regionuna səfər edəcək.

Bu barədə Trend-ə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.

“Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini ifadə etmək, davamlı və layiqli sülhə nail olmaq yollarını müzakirə etmək üçün bu həftə regiona səfər edəcək”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl Bono mayın 23-25-də regiona səfər edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi əldə etmək olar.

Miller qeyd edib ki, dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə razılığa gəlməyə kömək etmək üçün danışıqları davam etdirir.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər və onların komandaları sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi üzərində işi davam etdiriblər. Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin əlavə işlənib hazırlanmasını tələb etdiyini etiraf ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti