Bakı. Trend:
Gürcüstanda ilin əvvəlindən yol qəzalarında 183 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin təqdim etdiyi statistikada bildirilir.
Məlumata əsasən, aprel-iyun aylarında ağır yol qəzaları nəticəsində 1 427 qəza qeydə alınıb, 1 850 nəfər xəsarət alıb, 90 nəfər ölüb.
Ən çox qəza Tbilisidə baş verib - 706. 414 halda piyada vurulub, 167 qəza motosikletçilərin iştirakı ilə baş verib.
Qeyd edək ki, bu ilin ilk üç ayında Gürcüstanda 1 153 yol qəzası baş verib. Bu qəzalar nəticəsində 93 nəfər ölüb, daha 1 480 nəfər xəsarət alıb.