Bakı. Trend:
Pakistanın sabiq Baş naziri İmran Xan barəsində məhkəmə tərəfindən 3 il həbs cəzası qərarı qəbul edilib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirlib ki, məhkəmə sabiq baş nazirin dövlət xəzinəsindən dələduzluq yolu ilə qiymətli əşyalar satdığına görə barəsində 3 illik həbs qərarı qəbul edib.
Xatırladaq ki, İmran Xan cari il mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. Daha sonra isə 2 həftəlik azadlığa buraxılması barədə qərar çıxarılıb.