...

Fransız senatorlar Afrikada hərbi və diplomatik səylərin uğursuzluğunu etiraf ediblər

Dünya xəbərləri Materials 8 Avqust 2023 05:48 (UTC +04:00)
Fransız senatorlar Afrikada hərbi və diplomatik səylərin uğursuzluğunu etiraf ediblər

Bakı. Trend:

Parisin Afrika ilə hərbi, siyasi və mədəni əməkdaşlıq sahəsində uğursuzluqları qitədə nəinki antifransız əhval-ruhiyyəsinin güclənməsinə, həm də Rusiya, Çin və ABŞ-ın təsirinin artmasına səbəb oldu.

Trend-in məlumatına görə, bu barədə “Le Figaro” qəzetində dərc olunan 92 fransız senatorunun Prezident Emmanuel Makrona ünvanladığı açıq məktubda deyilir.

"Bu gün Niger, dünən Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso Fransa və onun qoşunlarını, şirkətlərini rədd etdi. Afrikada bu hərəkat böyüyür, hətta Kot-d'İvuar kimi bizə yaxın ölkələrdə belə Fransa əleyhinə aksiyalar keçirilir. Dost qitə olan Afrika, deyəsən, Fransanı başa düşməyi dayandırıb və onun roluna, mövcudluğuna getdikcə daha çox meydan oxuyur”, - deyə senatorlar bildiriblər. Onlar Parisin Şimali Afrika, o cümlədən Əlcəzair, Mərakeş və Tunislə münasibətlərində də qeyri-müəyyənliyin mövcudluğunu qeyd ediblər. Eləcə də qitədə fransız dilinin rolunun tədricən azalmasına da diqqət çəkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti