...

Ermənistanda əsgər ölümcül yaralanıb - hadisə ilə bağlı iki hərbçi saxlanılıb

Dünya xəbərləri Materials 11 Avqust 2023 19:39 (UTC +04:00)
Ermənistanda əsgər ölümcül yaralanıb - hadisə ilə bağlı iki hərbçi saxlanılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda hərbi hissələrdən birində əsgər ölümcül yaralanıb.

Trend erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbi qulluqçu Jora Karapetyan ölümcül yaralanıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Əsgərin ölümü ilə bağlı cinayət işi açılıb. Artıq onunla yanaşı hərbi xidmətdə olan iki əsgər saxlanılıb.

İstintaq Karapetyanın başından aldığı güllə yarasından öldüyünü müəyyən edilib. İlkin məlumatlara görə, əsgərin intihar etməsinə digər əsgərlər tərəfindən ona qarşı təzyiq göstərilməsi səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti