...

Kim Çen In ölkədə raket istehsalını artırmaq üçün tapşırıqlar verib

Dünya xəbərləri Materials 14 Avqust 2023 09:24 (UTC +04:00)
Kim Çen In ölkədə raket istehsalını artırmaq üçün tapşırıqlar verib

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In ölkənin əsas hərbi zavodlarına baş çəkib.

Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Şimali Koreya lideri raket istehsalının kəskin artırılması üçün tapşırıqlar verib.

Kim Çen In bildirib ki, KXDR ordusu əzici hərbi gücə malik olmalı və istənilən vaxt istənilən müharibəyə cavab verməyi qarşısına məqsəd qoymalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti