...

ABŞ Danimarka və Niderland tərəfindən "F-16"ların Ukraynaya göndərilməsinə razılıq verib

Dünya xəbərləri Materials 18 Avqust 2023 03:04 (UTC +04:00)
ABŞ Danimarka və Niderland tərəfindən "F-16"ların Ukraynaya göndərilməsinə razılıq verib

Bakı. Trend:

ABŞ Danimarka və Niderlandın "F-16" qırıcılarının Ukraynaya təhvil verilməsinə razılıq verib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən xəbər verib.

Məlumata əsasən, Ukraynalı pilotların "F-16"ları idarə etmək üçün təlimi başa çatdıqdan sonra ölkələr Kiyevə qırıcıları göndərəcək.

ABŞ-ın dövlət katibi Entoni Blinken artıq Danimarka və Niderlandakı həmkarlarına məktublar göndərərək Vaşinqtonun bu addımı dəstəklədiyinə zəmanət verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti