...

“F-16”ların ilk partiyası Ukraynaya 6-7 ay ərzində təhvil verilə bilər

Dünya xəbərləri Materials 23 Avqust 2023 04:11 (UTC +04:00)
“F-16”ların ilk partiyası Ukraynaya 6-7 ay ərzində təhvil verilə bilər

Bakı. Trend:

Ukraynaya “F-16” təyyarələrinin ilk partiyası ən tez 6-7 ay ərzində təhvil verilə bilər.

Trend-in məlumatına görə, bu barədə Ukraynanın müdafiə naziri Oleksii Reznikov bəyan edib.

“F-16” təyyarələrinin texniki xidmət, təmir və döyüş vəzifələrini yerinə yetirə bilməsi üçün infrastruktur hazırlığının görülməsi lazım olduğunu bildirən O.Reznikov, pilotlarla yanaşı, mühəndis-texniki işçilərin də yetişdirilməsinin vacibliyini, bunun ciddi və əhatəli bir iş olduğunu qeyd edib.

Reznikov, Ukrayna səmasında ilk “F-16”ların uçması üçün təlim və işlərin davam etdiyini, ilk “F-16”ların minimum 6-7 ay sonra təhvil verilməsinin gözlənildiyini bildirib.

Bundan əlavə, Reznikov ukraynalı pilotların 6 aya hazır ola biləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti