...

Ərdoğanla Putin Soçidə görüşəcək

Dünya xəbərləri Materials 1 Sentyabr 2023 16:38 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin sentyabrın 4-də Soçidə görüşəcək.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, danışıqlar bazar ertəsi günorta saatlarında aparılacaq. Bu, taxıl sazişinin bitməsindən sonra iki ölkə liderinin ilk görüşü olacaq.

Qeyd edək ki, ötən ilin avqustunda Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib. İki ölkə lideri sonuncu dəfə 13 oktyabr 2022-ci ildə Astanada şəxsən görüşüblər.

Məlumata görə, iki ölkə prezidentinin görüşünün əsas mövzusunu taxıl sazişinin müzakirəsi təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti