...

Danimarka Ukrayna, Gürcüstan və Moldovaya yardımını 217 milyon dollara çatdıracaq

Dünya xəbərləri Materials 2 Sentyabr 2023 02:20 (UTC +04:00)
Danimarka Ukrayna, Gürcüstan və Moldovaya yardımını 217 milyon dollara çatdıracaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka 2024-cü ildə Ukrayna, Gürcüstan və Moldovanın inkişafına ayrılan yardımın həcmini artıracaq.

Trend xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Nazirliyin məlumatına görə, gələn il “Ukraynada vətəndaş təşəbbüslərinin inkişafı” və Gürcüstan və Moldovada “demokratikləşmə proseslərinin dəstəklənməsi” üçün 1,5 milyard kron (217 milyon dollardan çox) ayrılacaq.

Qeyd edək ki, bu il Danimarka hökumətinin bu bu xərcləri 1,2 milyard kron (təxminən 173,6 milyon dollar) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti