Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Qadın Voleybol komandasını təbrik edib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edib.
"2023 CEV Avropa Çempionu olaraq hamımızı qürurlandıran Milli Qadın Voleybol Komandamızı ürəkdən təbrik edirəm"- deyə paylaşımda qeyd olunub.
Məlumat üçün qeyd edək ki, Türkiyə Milli Qadın Voleybol komandası 2023 CEV Avropa Çempionatının finalında Serbiyanı 3:2 hesabı ilə məğlub edərək çempionluq qazanıb.