...

Bu ölkədə 200-dən çox aviareys təxirə salınıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2023 16:59 (UTC +04:00)
Bu ölkədə 200-dən çox aviareys təxirə salınıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Tayvanda qasırğa nəticəsində təqribən 80 nəfər xəsarət alıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, qasırğa nəticəsində 220 minə yaxın ev təsərrüfatı işıqsız qalıb, 14 şəhərdə məktəblər bağlanıb və müəssiələrin fəaliyyəti dayandırılıb. Xilasedicilərin əsasən sürüşmə riskinin olduğu dağlıq bölgələrdən olmaqla, ümumilikdə 7 mindən çox nəfəri təxliyə etdikləri deyilir.

Qasırğa nəticəsində Tayvanda 200-dən çox aviareys təxirə salınıb, bərə keçidlərinin fəaliyyəti dayandırılıb.

Bundan başqa, meteoroloqlar Tayvanda həftə sonunadək güclü yağışların yağacağını və nəticədə daşqınların ola biləcəyini proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti