...

Rusiya tərəfinin taxıl sazişi üzrə şərtləri məlumdur - Peskov

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 14:21 (UTC +04:00)
Rusiya tərəfinin taxıl sazişi üzrə şərtləri məlumdur - Peskov
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya tərəfinin taxıl sazişi üzrə şərtləri yaxşı məlumdur.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya əvvəlki razılaşmaların yerinə yetirilməsini gözləyir.

Bu şərtlər yerinə yetirilən kimi sazişin bərpa olunacağını deyən Peskov, həmçinin "SWIFT"in törəmə şirkət üçün deyil, Rosselxozbank üçün açılmalı olduğunu qeyd edib.

Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti