Bakı. Trend:
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2901 nəfər çatıb.
Trend xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyinin saytında məlumat paylaşılıb.
Məlumata görə, daha çox ölüm halları (1643) Əl-Hauz əyalətində qeydə alınıb. 7,0 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı isə 5530 nəfərə çatıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.