...

Kurık dəniz limanı yükaşırmanı 5 faiz artırıb

Dünya xəbərləri Materials 15 Sentyabr 2023 23:21 (UTC +04:00)
Kurık dəniz limanı yükaşırmanı 5 faiz artırıb
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Kurık dəniz limanı vasitəsilə 2023-cü ilin 8 ayı ərzində təxminən 1,5 milyon ton yük aşırılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz çoxdur.

Trend “Qazaxıstan temir jolı” (QTJ) milli dəmiryolu şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yüklərin bir milyon tondan çoxu dəmiryolu nəqliyyatı, 430 min tondan çoxu – avtomobil nəqliyyatı ilə aşırılıb. Liman üzərindən 480 bərə, 14 minə yaxın vaqon və 18 mindən artıq yük avtomobil nəqliyyatı vasitəsi daşınıb.

Kurık limanı vasitəsilə Qazaxıstan neft və neft məhsulları, metal, gübrələr, kimya məhsullarının nəqli həyata keçirilir. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan, Gürcüstan, Türkiyə, sonra Şərqi Avropaya və əks istiqamətə yüklərin tranziti artır.

Qeyd edilir ki, hazırda limanda taxıl terminalının tikintisi aparılır, onun üzərindən ildə milyon tona qədər taxıl daşınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti