Bakı. Trend:
Rusiya müəssisələrində kəskin respirator virus infeksiyaları (KRVİ), qrip və koronavirus infeksiyasına yoluxma hallarının payızda artması ilə əlaqədar lokal məhdudiyyətlər müvəqqəti tətbiq oluna bilər.
Trend-in məlumatına görə, bu barədə "Rospotrebnadzor"un mətbuat xidməti bildirib.
"Ciddi səbəblər olmadıqca, məsələn, maska rejimi kimi məhdudlaşdırıcı tədbirlər nəzərdə tutulmur. Müəssisələrdə müəyyən müddətə yerli məhdudiyyətlər tətbiq oluna bilər", - deyə qeyd olunub.
Bundan əvvəl Rusiya Nazirlər Kabinetindən bildiriblər ki, Rusiya Federasiyasının Hökumət Evində KRVİ, qrip və koronavirusa yoluxma hallarının mövsümi artması ilə əlaqədar maska rejimi və digər profilaktik tədbirlər müvəqqəti olaraq tətbiq edilir.