...

Qondarma rejim Ermənistana getmək istəyən Qarabağ ermənilərindən 4000 dollar tələb edir

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 12:36 (UTC +04:00)
Qondarma rejim Ermənistana getmək istəyən Qarabağ ermənilərindən 4000 dollar tələb edir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağdakı qondarma rejim Rusiya sülhməramlıları ilə birlikdə Ermənistana getmək istəyənlərdən 4000 dollar pul tələb edir.

Trend xəbər verir ki, erməni bloqer Natali Aleksanyan sosial media hesabında yazıb.

"Əvvəllər bizə deyirdilər ki, insanların çıxışını əngəlləyən Azərbaycandır, indi məlum oldu ki, çıxışı sülhməramlılarla birlikdə bağlayan Qarabağdakı qondarma rejimdir. Onlar insanlardan böyük pullar qoparıblar", - deyə o əlavə edib.

Erməni bloqer bu məlumatı yoxlamaq üçün Qarabağda yaşayan dostları ilə əlaqə saxladığını və onların da məlumatı təsdiqlədiklərini bildirib.

Bununla da ermənilərin və Qarabağdakı qondarma rejimin blokada yalanı bir daha ifşa oldu. Azərbaycan heç bir yolu bağlamayıb. Hər gün Laçın sərhəd-buraxılış nəzarət məntəqəsindən erməniəsilli şəxslərin sərbəst hərəkəti təmin edilir. Göründüyü kimi, insaların keçidinə mane olan Azərbaycan yox, Qarabağdakı qondarma rejimdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti