...

İtaliyada meşə yanğınları davam edir

Dünya xəbərləri Materials 23 Sentyabr 2023 06:44 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın cənubundakı Siciliya adasında ötən gecədən başlayan meşə yanğınları ilə mübarizə davam edir.

Trend xəbər verir ki, yanğının bəzi yerlərdə yaşayış məntəqələrinə yaxınlaşdığı, Palermo şəhərinin Brankaççio bölgəsində xeyli insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilir.

Hazırda hadisə bölgəsində yanğınla mübarizə üçün 300-ə yaxın yanğınsöndürən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti