Bakı. Trend:
Ermənistanın rus sülhməramlılarını ittiham etmək cəhdlərini qəbul etmirik.
Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Məsuliyyəti Rusiyanın, xüsusən rus sülhməramlıların üzərinə atmaq cəhdləri ilə qətiyyən razı deyilik. Bu cür ittihamlarla heç vaxt razılaşa bilmərik", - deyən Kreml nümayəndəsi müxtəlif səviyyələrdə dialoqun davam etdirildiyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Paşinyan bildirib ki, Rusiya "Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır".
"Müəyyən proseslər belə bir fikir yaradır ki, bir gün sadəcə oyanacağıq və Rusiyanın burada olmadığını görəcəyik", - o deyib.
Bundan başqa, Paşinyan Rusiyanın Ermənistan-Azərbaycan danışıqlar prosesində aktivliyinin "Ukraynadakı hadisələrlə əlaqədar olaraq azaldığını" qeyd edib.