...

NATO-ya üzv ölkələri müdafiə xərclərini artırmağa ÇAĞIRIŞ EDİLDİ

Dünya xəbərləri Materials 27 Sentyabr 2023 12:27 (UTC +04:00)
NATO-ya üzv ölkələri müdafiə xərclərini artırmağa ÇAĞIRIŞ EDİLDİ
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Estoniyanın baş naziri Kaya Kallas NATO-ya üzv olan müəyyən ölkələrin müdafiə hədəflərini kifayət qədər ciddiyə almadığını bildirib və potensial təhlükələrdən qorunmaq üçün onları müdafiə xərclərini artırmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə estoniyalı nazir Sinqapura səfəri zamanı açıqlama verib.

Onun sözlərinə görə, bəzi NATO ölkələri gələn ilədək ümumdaxili məhsulun minimum 2 faizini müdafiə xərclərinə sərf etmək barədə qərarlarını təxirə salmağı düşünür.

Estoniyalı nazir bu minimumun ÜDM-in 2,5 faizi həddinə çatdırılmalı olduğunu bildirib.

Qeyd edək ki, NATO-ya üzv ölkələr 2014-cü ilin sentyabrında Uelsdə keçirilən sammitdə müdafiə xərclərini ÜDM-in ən azı 2 faizinə qədər yüksəltmək barədə qərar qəbul ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti