...

“Binance” Rusiyadan çıxdığını elan etdi

Dünya xəbərləri Materials 27 Sentyabr 2023 17:06 (UTC +04:00)
“Binance” Rusiyadan çıxdığını elan etdi
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Binance” kriptovalyuta birjası sanksiyalar səbəbindən yaranan vəziyyətlə bağlı Rusiyadan çıxdığını elan edib. Birja bir neçə ay ərzində Rusiyadakı bütün biznes-istiqamətlərini bağlayacaq.

Trend xəbər verir ki, bu barədə birjanın normativ tələblər üzrə direktoru Noy Perlman deyib.

Onun məlumatına görə, “Binance” Rusiyadakı biznesinin “CommEX” şirkətinə satılması barədə saziş imzalayıb.

“Mövcud istifadəçilərin digər platformaya tam keçidinin təmin edilməsi bir ilə qədər vaxt aparacaq”, - deyə Noy Perlman bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti