Bakı. Trend:
Türkiyənin Ankara şəhərində altı mərtəbəli binada partlayış baş verib.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, partlayışa təbii qazın səbəb olduğu bildirilir.
İlkin məlumata əsasən, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və təcili tibbi yardım xidməti cəlb edilib.
Partlayış nəticəsində bir nəfər həyatını itirib.