...

Bu əməliyyatlarla terror təşkilatı daha bir böyük zərbə aldı - Altun

Dünya xəbərləri Materials 2 Oktyabr 2023 02:58 (UTC +04:00)
Bu əməliyyatlarla terror təşkilatı daha bir böyük zərbə aldı - Altun

Bakı. Trend:

Bu əməliyyatlarla terror təşkilatı daha bir böyük zərbə aldı.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"Uğurlu hava əməliyyatları təkcə ölkə daxilində deyil, sərhədlərimizdən kənarda da terrora dözməyəcəyimizin mühüm göstəricisidir. Bu əməliyyatlarla terror təşkilatına daha bir böyük zərbə vuruldu", – deyə Altun bildirib.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi Şimali İraqda hava əməliyyatının keçirildiyini açıqlayıb.

Türk Ordusu Şimali İraqda yerləşən terrorçu qruplarının məskunlaşdığı bölgələri hədəf alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti