...

Türkiyənin bütün ərazisində antiterror əməliyyatları başladı

Dünya xəbərləri Materials 3 Oktyabr 2023 12:02 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində “Kahramanlar” kod adı ilə miqyaslı antiterror əməliyyatına başlayıb.

Trend xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu barədə özünün sosial media hesabında yazıb.

“Səhər saat 8:30-a (Türkiyə vaxtı ilə) olan məlumata görə, ölkə ərazisində 466 anti-terror əməliyyatı keçirilib. Əməliyyatlara təhlükəsizlik qüvvələrinin 13 min 440 əməkdaşı cəlb olunub. Nəticədə Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 terrorçu həbs olunub, Diyarbakır, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə isə 55 şübhəli saxlanılıb”, - deyə Ali Yerlikaya bildirib.

Qeyd edək ki, Türkiyə ərazisində miqyaslı antiterror əməliyyatları PKK qruplaşmasının Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında törətdiyi partlayışdan sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti