...

Türkiyə DİN qarşısında partlayış törədənin kimliyi bilindi

Dünya xəbərləri Materials 4 Oktyabr 2023 09:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) qarşısında partlayış törədən terrorçunun kimliyi məlum olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliy məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmalar və DNT testi nəticəsində Türkiyə DİN binası qarşısında partlayış törədən 2-ci terrorçunun Özkan Şahin adlı PKK üzvü olduğu müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl partlayışı törədən digər terrorçunun Həsən Oğuz adlı PKK üzvü olduğu müəyyən edilib.

Xatırladaq ki, oktyabrın 1-də saat 09:30 radələrində Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti